Azərbaycan Prezidenti TÜRKSOY Fondunun yaradılması təklifi ilə çıxış edib

Azərbaycan Prezidenti TÜRKSOY Fondunun yaradılması təklifi ilə çıxış edib

Azərbaycan Prezidenti İlham Əliyev TÜRKSOY Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bunu o, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə çıxışı zamanı bildirib, şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Gələcək illərdə TÜRK`SOY-un fəaliyyətini biz daha da gücləndirməliyik. Biz təklif edirik ki, TÜRKSOY Fondu yaradılsın. Fondun maliyyə təminatı təşkil edilsin və bu Fond bütün türk dövlətlərində və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun", - Prezident çıxışında bildirib.

İlham Əliyev qonaqları salamlayaraq, zirvə görüşünün nəticələri çox səmərəli olacağına və qəbul ediləcək qərarlar türkdilli xalqların birliyini daha da gücləndirilməsinə əmin olduğunu bildirdi.

"Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib bu gün buradasınız, Naxçıvandasınız. Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridir. Dünən biz Naxçıvanla bir daha tanış olduq. Mən çox şadam ki, mənim hörmətli qonaqlarım da bu fürsəti əldə etdilər və dünən axşam gözəl konserti bərabər dinlədik. Əslində o konsert bizim birliyimizin təntənəsi idi, dostluq, qardaşlıq konserti idi. Mən əminəm ki, bizim birliyimiz bundan sonra daha da güclənəcəkdir", - Azərbaycan Prezidenti dedi.

Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələr ikitərəfli formatda çox yüksək səviyyədədir, çox güclü siyasi dialoq aparılır. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir.

İlham Əliyev ölkələr arasında iqtisadi əlaqələrin daha da sürətlə inkişaf etməsinin arzu etdiyini bildirdi. "Bunu etmək üçün yaxşı imkanlar vardır. Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bu da çox önəmlidir. Gələcək illərdə iqtisadi sahədə yeni layihələrin həyata keçirilməsi əlbəttə ki, bizi daha da yaxınlaşdıracaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmalıdır. Hələ ki, ticarət dövriyyəsinin səviyyəsi bizi qane edə bilməz. Biz qarşılıqlı investisiya layihələrində iştirak etmək arzusundayıq və bu da qarşılıqlı maraq doğura biləcək layihələr ola bilər", - o, dedi.

Azərbaycan Prezidenti bildirdi ki, "Humanitar sahədə də çox gözəl perspektivlər vardır. Mədəniyyətlərimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Bu sahədə TÜRKSOY təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm. Bir sözlə, Fond praktiki cəhətdən səmərəli işlərlə xalqlarımızı daha da sıx birləşdirsin. Dünyada türkdilli xalqlar çoxdur və türkdilli xalqlar arasında dostluq, qardaşlıq ölkələrimizi də gücləndirəcəkdir."

İqtisadiyyat mövzusuna qayıdaraq, o, dedi ki: "Biz böyük məmnunluq hissi ilə deyə bilərik ki, ölkələrimiz tərəfindən təşəbbüslə başlanan və uğurla icra edilən böyük layihələr öz səmərəsini verir. Bu gün neft-qaz sahəsində yaranmış əməkdaşlıq bizim dostluğumuzun nümunəsidir, eyni zamanda, regional əməkdaşlığın uğurlu nəticəsidir. Neft-qaz sahəsində Azərbaycan ilə Türkiyə, Azərbaycan ilə Türkmənistan, Azərbaycan ilə Qazaxıstan çox səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın praktiki nəticələri vardır. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya və Avropa bazarlarına çıxarılması üçün əməli işlər görülmüşdür, böyük investisiyalar qoyulmuşdur, neft kəmərləri inşa edilmişdir və bu proses davam edir."

"Vaxtilə əfsanə hesab olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq üç ildir ki, fəaliyyətdədir və bütün bölgəyə fayda gətirir. Eyni zamanda, bu kəmərin əsasında Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də böyük uğurumuzdur. Bu gün Azərbaycanın neft-qaz resursları dünya və Avropa bazarlarına əmniyyətli yollarla nəql edilir. Dünən Bakıda Qazaxıstan ilə Azərbaycan arasında çox önəmli sazişlər bağlanmışdır. Bu sazişlər gələcəkdə Qazaxıstanın neft-qaz resurslarının şaxələndirmə yolu ilə Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılmasına gözəl şərait yaradır. Bu, hamımızın marağındadır. Biz hamımız istəyirik ki, iqtisadiyyatlarımız inkişaf etsin, çoxşaxəli olsun. Neft-qaz sahəsində şaxələndirmə prosesləri həm istehsalçılar, həm tranzit ölkələr, həm də istehlakçılar üçün çox böyük əhəmiyyət daşıyır. Bütün tərəflərin maraqları əlbəttə ki, beynəlxalq təcrübəyə uyğun olaraq qorunmalıdır və müdafiə olunmalıdır.

Biz nəqliyyat sahəsində konkret layihələr üzərində işləyirik. Həm Xəzər dənizində əməkdaşlıq davam edir, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası uğurla gedir. Bu dəmir yolu çəkiləndən sonra Avropa ilə Asiya arasında çox əhəmiyyətli və yeni yol açılacaqdır. Biz yeni İpək Yolunun bərpasını təşkil edirik. Əlbəttə ki, bunlar böyük yatırımlar, investisiyalar və eyni zamanda, böyük siyasi iradə tələb edən layihələrdir. Bizim həm investisiya imkanlarımız, həm də siyasi iradəmiz vardır", - İlham Əliyev dedi.

"Bir sözlə, bu konkret layihələr bizi daha da birləşdirəcək, ölkələrimizə əlavə maliyyə resursları gətirəcək və beləliklə bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün də gözəl imkanlar yaradacaqdır. Biz bunu istəyirik, buna çalışırıq", - Azərbaycan Prezidenti bəyan etdi.

Azərbaycanın ərazilərinin işğalına toxunaraq, İlham Əliyev dedi: "Baxmayaraq ki, ərazi bütövlüyü pozulub, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı, həmçinin regional əməkdaşlığın dərinləşməsinə yönəldilib. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal nəticəsində və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağından didərgin salınıb. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Bu artım əlbəttə ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin həllində bizə kömək göstərir.
Regionun çox böyük imkanları vardır. Regional əməkdaşlıq daha da hərtərəfli aparıla bilər. Bütün yollar, bütün kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər.
Ancaq o da həqiqətdir ki, torpaqlarımız işğal altında qaldığı bir dövrdə Ermənistan ilə Azərbaycan arasında heç bir əməkdaşlıq mümkün deyildir. Azərbaycan gələcəkdə də öz coğrafi, iqtisadi, siyasi və başqa imkanlarından istifadə edərək Qarabağ məsələsinin, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışacaqdır. "

Daha sonra Azərbaycan Prezidenti Bakıda keçirilmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci toplantısını qiymətləndirdi. "Bu yaxınlarda Bakıda bizim birliyimizi daha da möhkəmləndirən önəmli hadisə baş vermişdir. Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci toplantısı keçirilmişdir. Bu da çox önəmli hadisədir. Bizim qanunvericilik orqanlarımız da bir-biri ilə daha sıx əlaqədə olacaqlar. Düzdür, ölkələrimizi təmsil edən deputatlar bu vaxta qədər də bir-biri ilə sıx əlaqədə olmuşlar, müxtəlif beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq etmişlər. Ancaq Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması tam başqa bir hadisədir. Bunun çox böyük mənası vardır. Bu onu göstərir ki, türkdilli ölkələr arasında əlaqələr geniş formatda daha da sürətlə inkişaf edir. Biz buna çox sevinirik, buna çox böyük dəstəyimizi veririk. Əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə biz bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək bizim xalqlarımız bundan ancaq fayda götürəcəkdir", - o, dedi.

Mövzunu davamlayaraq, İlham Əliyev dedi: "Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır."

"Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir. Dünən və bu gün hesab edirəm ki, türkdilli ölkələrin daha da sıx birləşməsi üçün çox vacib addımlar atılmışdır. Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olan imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir. Bu, bizim arzumuzdur və mən əminəm ki, biz bütün arzularımıza çatacağıq.
Bir daha Sizə mənim dəvətimi qəbul edərək Naxçıvana gəldiyinizə görə təşəkkürümü bildirmək istəyirəm və bu zirvə görüşünə uğurlar arzulamaq istəyirəm", - deyə, o, bildirdi.

Qonaqların çıxışlarından sonra Prezident İlham Əliyev zirvə görüşünə yekun vuraraq dedi: "Sizin dəyərli çıxışlarınız çox böyük maraq doğurur. Dünən və bu gün səslənən fikirlər, aparılmış fikir mübadiləsi, şübhəsiz türkdilli ölkələrin gələcək fəaliyyəti üçün başlıca istiqamətdir. Mən əminəm ki, növbəti aylarda, illərdə bizim əməkdaşlığımız bütün sahələrdə daha da dərinləşəcəkdir. Bu gün qəbul ediləcək qərarlar uğurla icra ediləcəkdir. Bu gün iki vacib sənəd imzalanacaqdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq və Naxçıvan bəyannaməsi qəbul ediləcəkdir. Bu sənədlər gələcək fəaliyyətimiz üçün əsas gündəliyi təşkil edəcəkdir.
Mənim dəvətimi qəbul edib Naxçıvana gəldiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın üç rəngli milli bayrağı böyük fasilədən sonra hələ Sovet İttifaqı zamanında ilk dəfə olaraq məhz Naxçıvanda ucaldılmışdır. Ondan sonrakı illərdə Azərbaycanın müstəqil ölkə kimi formalaşmasında ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur."

"Bu gün Azərbaycan müstəqil ölkə kimi yaşayır, güclənir, qarşıda duran bütün vəzifələri uğurla icra edir. Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk.
Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın", - o, dedi.

Azərbaycan Prezidentinin sözlərinə görə, Türkiyədən başqa, bütün digər türkdilli ölkələr müstəqil ölkələr kimi gəncdir, müstəqilliyimizin gənclik illərini yaşayırıq. Bu müstəqilliyin formalaşması, güclənməsi hər bir ölkə üçün böyük çətinliklərlə müşayiət olunurdu. Bu çətinlikləri aşmaq, bu çətinlikləri aradan qaldırmaq böyük səylər, böyük siyasi iradə, dünyagörüşü və cəsarət tələb edirdi. "Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, bütün türkdilli ölkələrdə vəziyyət çox müsbətdir, siyasi vəziyyət sabitdir, iqtisadi böhran bizə o qədər də çox böyük təsir göstərməmişdir. Gənc müstəqil ölkələr öz müstəqilliyini təsdiq etdilər. Təsdiq etdilər ki, onlar öz taleyinin sahibləridir, müstəqil ölkələr kimi yaşaya və uğurla inkişaf edə bilərlər. Bu gün bu gözəl formatda bizim əməkdaşlığımızın çox yaxşı perspektivləri vardır. Bir daha demək istəyirəm ki, bu gün imzalanacaq sənədlər gələcək fəaliyyətimiz üçün praktiki əhəmiyyət daşıyır. Bizim səmərəli işimiz gələcəkdə bizi daha da birləşdirəcək, beynəlxalq mövqelərimizi daha da gücləndirəcək və ölkələr qarşısında duran bütün problemlərin uğurlu həlli üçün də yaxşı imkanlar yaradacaqdır. Bu gün biz bu barədə geniş danışdıq, dünən ikitərəfli formatda və birlikdə bu məsələləri müzakirə etdik. Bir daha görürük ki, çox böyük potensial, böyük imkanlar və güclü siyasi iradə vardır", - deyə, o, bildirdi.

"Beləliklə bizim toplantımız başa çatır. Növbəti zirvə görüşünün təşkili ilə bağlı əziz dostum Qırğızıstan Prezidenti Kurmanbek Saliyeviç Bakiyev təşəbbüs göstərmişdir ki, növbəti zirvə görüşü gələn ilin avqustunda Qırğızıstanda keçirilsin. Biz də böyük minnətdarlıqla və məmnuniyyət hissi ilə bu təşəbbüsü dəstəkləyirik. Çox vacibdir ki, zirvə görüşləri mütəmadi qaydada keçirilsin. Əminəm ki, hər bir görüş yeni imkanların açılmasına gətirib çıxaracaqdır", - deyə, o, zirvə görüşüni yekunlaşdırdı.


EKVİTA Rəqəmsal Mediada Sürətlə Böyüyür!
EKVİTA Rəqəmsal Mediada Sürətlə Böyüyür!
Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub
Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub
Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub
Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub
Loading Bars
Xəbər lenti
Hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib (FOTO/VİDEO)
ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib
Tarixi reallıqlara obyektiv elmi baxış
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb
Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi (FOTO)
Cəlil Xəlilov: Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik
Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı
Azərbaycanda "Özün Yarat" adlı platforma istifadəyə verilir
ABŞ-da ATIŞMA: 7 nəfər öldü
“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı (FOTO)
Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!
Rusiyanın Xalq artisti koronavirusdan öldü
Prezidentə yazırlar: Sizin xalqımızın birliyini, sağlamlığını və rifahının yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik
150 obyektdə pozuntular aşkarlanıb - İqtisadiyyat Nazirliyi (FOTO)
Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib
Azərbaycanda futbolçular məşqə maska ilə gəlməlidir - RƏSMİ
Əhmədiyyə Cəbrayılov haqqında "Vikipediya"da özbək dilində məqalə yaradılıb
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur
Futbolçular qol sevincini fərdi qeyd etmələdirlər - PFL
Sadiq Qurbanov: Azərbaycan COVİD-19 ilə bağlı mövcud beynəlxalq vəziyyətdən yararlana bilər
Azərbaycanda futbol oyunları zamanı köməkçi hakim maska taxmalıdır
Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açılıb
Premyer Liqa və kubok oyunları bu qaydalarla təşkil olunacaq
Musa Qasımlı: Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı (FOTO)
Zərdabda 3 kəndin rayon mərkəzinə çıxışını təmin edən yol yenidən qurulur (FOTO)
4 ton yararsız at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar (FOTO)
Sabunçu rayonunda marketdə gözətçini öldürən şəxslərin videogörüntüləri yayılıb (VİDEO)
Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır
Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloq, Kamran Beydullayev “Həkimlərimizi tanıyın!” rubrikasında
İlahiyyat İnstitutunda yay imtahan sessiyası ilə bağlı onlayn iclas keçirilib
İranda daha 2 886 nәfәr koronavirusa yoluxdu, 63 nәfәr öldü
Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq - RƏSMİ
Madaqaskarın təhsil naziri 2 milyon dollarlıq konfet almaq istədiyi üçün işdən çıxarıldı
Təhsil Nazirliyi: Yay sessiyası ilə bağlı şikayətlərin operativ həllinə nəzarət ediləcək
Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir
“Azərsu” xüsusi rejimdə fəaliyyət göstərəcək
DSX: Düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb
Meksikada polis zorakılığına qarşı etirazlar başladı
Azərbaycanda qızıl və gümüş bahalaşıb
İyunun 8-də dolların manata qarşı məzənnəsi
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerdədir
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
FHN xəbərdarlıq etdi: Sərt karantin günlərində çimərliklərdən istifadə qadağandır
Tamam Cəfərova: Bəzi vətəndaşların məsuliyyətsizliyi, qoyulmuş qaydalara əməl etməməsi bugünkü vəziyyətin yaranmasına səbəb olub
Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb (FOTO)
Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür
Uhanda sonuncu koronavirus xəstələri sağalıb
Milli Məclis Cinayət-Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiq etdi
Milli Məclis sədrinin müavini koronavirusa yoluxmuş dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb
Samir Şərifov: Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik
"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz
Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi
Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar
Sabah Bakıda 28, rayonlarda 21 dərəcə isti olacaq
Yaponiya gələn ilin ortalarınadək əhalini koronavirusa qarşı peyvənd edə bilər
Payız aylarından müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq
Azərbaycan neftinin qiymətləri dəyişib
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rusiyada koronavirusdan ölənlərin sayı 5 500-ü keçib
Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabrda imtahanlar təşkil olunacaq
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı (FOTO)
Könül Nurullayeva: Verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır
Tarixçi: AXC dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi acı tarixdir (FOTO)
Federal nazirlik: Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
“Azərişıq” gücləndirilmiş rejimdə işləyəcək
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi (VİDEO)
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır
Əqli Mülkiyyət Agentliyi “Küçələrə su səpmişəm" xalq mahnısı ilə bağlı məsələni nəzarətə götürüb
Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı
TƏBİB həftəsonu alış-verişi edənlərə müraciət etdi
Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib
Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO)
Slovakiya və Çexiya bəzi ölkələrlə sərhədləri açıb
Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar
AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu
Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb
Parlament sədri həftəsonu qadağaları ilə bağlı müraciət etdi
Ermənistanda koronavirusa yoluxanların sayı 12 minə çatır
Təhsil Nazirliyi: Direktor olmaq istəyənlərin nəticələri daha aşağı olur
XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur
Murad Camalzadə: Direktor vəzifəsinə qəbul olmaq istəyənlər üçün hazırlıq prosesi təşkil oluna bilər
Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır
OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək
Mingəçevir Dövlət Universitetində ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Azərbaycan polisi qanunu və demokratiyanı qoruyur: bunu anlamaq gərək - "Politşou" təqdim edir (Videolayihə)
Afət Həsənova: Son günlərin statistikası həftəsonu sərt karantin rejiminin tətbiqini qaçılmaz edir
İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq
Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər - RƏSMİ AÇIQLAMA
Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı
Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib (FOTO)
Bakı polisi narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirdi
Aydın Quliyev: Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır
Bütün xəbərlər