...

Türkdilli ölkələr beynəlxalq siyasətdə mühüm yer tutur - Türkmənistan Nazirlər Kabineti sədrinin müavini

Siyasət Materials 4 Oktyabr 2009 13:53 (UTC +04:00)
“Türkdilli ölkələr beynəlxalq siyasətdə mühüm yer tutur”, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev şənbə günü Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX sammitində çıxışı zamanı bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Türkdilli ölkələr beynəlxalq siyasətdə mühüm yer tutur - Türkmənistan Nazirlər Kabineti sədrinin müavini

"Türkdilli ölkələr beynəlxalq siyasətdə mühüm yer tutur", Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev şənbə günü Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX sammitində çıxışı zamanı bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Saparlıyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü münasibətilə Türkmənistan Prezidentinin salamlarını çatdırıb. O, bu görüşün türkdilli xalqların yeni tarixində mühüm yer tutacağını qeyd edib.

Türkdilli xalqların bir çox amillərlə sıx bağlı olduğunu bildirən Xıdır Saparlıyev, bu gün türkdilli ölkələrin beynəlxalq siyasətdə mühüm yer tutduğunu, iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlıq etdiklərini bildirib.
"Dövlət başçılarının yüksək səviyyədə görüşləri, eyni zamanda, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların görüşü, yüzlərlə imzalanmış sənədlər bizim faydalı əməkdaşlığın qurulmasında, artıq mövcud olan qardaşlıq və dostluq münasibətlərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir", - Saparlıyev bildirib.

Onun sözlərinə görə, türkdilli ölkələrin dövlət başçılarının dostluq və mehribanlıq şəraitində keçən bu görüşü türkdilli xalqların sıx münasibətlərinin gələcək inkişafına da töhfə verəcəkdir.
"Biz eyni köklərə malikik, bizim eyni taleyimiz vardır. Biz fərəh hissi ilə qeyd edirik ki, əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrini bu gün də qoruyub saxlayırıq. Bu qardaşlıq münasibətlərini bundan sonra da daim saxlayacağıq", - Saparlıyev deyib.

Saparalıyev Azərbaycan Prezidenti İlham Əliyevə Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünü çox yüksək səviyyədə təşkil edildiyinə görə səmimi minnətdarlığını bildirib.
"Əminik ki, bu görüş türkdilli xalqların əməkdaşlığının dərinləşməsinə, humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsinə imkan yaradacaqdır", - Türkmənistan Nazirlər Kabineti sədrinin müavini deyib.

Xəbər lenti

Xəbər lenti