...

Azərbaycanda müxalif partiyaların çəkişməsinin səbəbi şəxsi ambisiyalarıdır - partiya sədri

Siyasət Materials 5 Oktyabr 2009 14:35 (UTC +04:00)
"Novoye vremya" "Yeni zaman" 1999-cu ilin oktyabrında təsis olunub və həmin ilin 9 oktyabr tarixindən Azərbaycan və rus dillərində "Novoye vremya" kimi çap olunub. Təəssüf ki, 2004-cü ildən çətinliklər ucbatından Azərbaycan dilində çap olunan "Yeni zaman" qəzetinin fəaliyyəti dayandırıldı. Ümid edirəm ki, "Yeni zaman" qəzetinin çap olunması da yaxında bərpa olunacaq. Lakin "Novoye vremya" qəzetinin ölkədə bugünkü qəzet və jurnalların zənginliyi şəraitində belə daimi oxucu kütləsi var. Bunun da əsas səbəbi qəzetin yarandığı gündən bütün tarixi ərzində öz istiqamətinə sadiq qalmasıdır.
Azərbaycanda müxalif partiyaların çəkişməsinin səbəbi şəxsi ambisiyalarıdır - partiya sədri

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir M.Əliyev/

"Novoye vremya" qəzətinin baş redaktoru və Yeni Zaman Partiyasının təsisçisi Şakir Habiloğlunun Trend -a müsahibəsi

- Şakir müəllim, "Novoye vremya" qəzeti artıq 10 ildir ki, Azərbaycan oxucularının ixtiyarındadır. Ötən illər ərzində qəzet hansı nailiyyətlərə imza atıb?

- "Novoye vremya" "Yeni zaman" 1999-cu ilin oktyabrında təsis olunub və həmin ilin 9 oktyabr tarixindən Azərbaycan və rus dillərində "Novoye vremya" kimi çap olunub. Təəssüf ki, 2004-cü ildən çətinliklər ucbatından Azərbaycan dilində çap olunan "Yeni zaman" qəzetinin fəaliyyəti dayandırıldı. Ümid edirəm ki, "Yeni zaman" qəzetinin çap olunması da yaxında bərpa olunacaq. Lakin "Novoye vremya" qəzetinin ölkədə bugünkü qəzet və jurnalların zənginliyi şəraitində belə daimi oxucu kütləsi var. Bunun da əsas səbəbi qəzetin yarandığı gündən bütün tarixi ərzində öz istiqamətinə sadiq qalmasıdır.

- "Novoye vremya" qəzeti daha çox hansı yazıları ilə oxucu kütləsini toplayib?

- Bizim qəzet daima Azərbaycanın mənafeyinə xidmət edən məqalələr hazırlayır, mütəmadi olaraq 3-4 saydan bir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik məqalələr dərc olunur. Bundan əlavə, cəmiyyəti maraqlandıran mövzular daim qəzetin nəzər nöqtəsindədir. Xarici siyasət barədə olan məqalələr Azərbaycanın digər ölkələrlə qurduğu qarşılıqlı münasibətləri tam dolğun əks etdirir.

- Siz eyni zamanda Yeni Zaman Partiyasının təsisçisiniz. Yeni Zaman Partiyasının builki bələdiyyə seçkilərində iştirakı gözlənilirmi?

- Yeni Zaman Partiyası 2 il 3 aydır ki, təsis olunub, lakin bu günə kimi Ədliyyə Nazirliyi partiyanı qeydiyyatdan keçirtmək istəmir. Ötən müddətdə partiya radikal çıxışlar etməyib və əsas məqsədi milli maraqlara xidmət etmək olub. Bu ilin may ayından başlayaraq Yeni Zaman Partiyası məhkəmələrə müraciət etməsinə baxmayaraq, yerli məhkəmələr hətta sənədləri qəbul etməkdən belə imtina ediblər. Sonradan iş Apellyasiya Məhkəməsinə verilib. Məhkəmə bu məsələni gündəmdə saxlayıb və noyabrın 3-ü Ali Məhkəmədə bu işə baxılacaq. Partiyanın qeydiyyatdan keçə bilməməsi şübhəsiz ki, seçkilərdə iştirakını da mümkünsüz edir.

- Ənənəvi olaraq seçkilər ərəfəsi müxalifət partiyaları arasında baş verən çəkişmələri nə ilə əlaqələndirirsiniz?

- Seçkiqabağı müxalif partiyaların çəkişməsinin səbəbi daima irəli çıxan şəxsi ambisiyalar olub. Azərbaycan müxalifətinin də bir nömrəli problemi məhz budur. Düşünürəm ki, bir məqsədə çatmaq üçün birləşmək lazımdır. Hər bir partiya lideri şəxsi ambisiyalarından çəkilib, birlikdə ümumi maraqlar çərçivəsində hərəkət etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti