...

Gündəlikdə AŞ-nin Gürcüstanda nəzarət mandatının gücləndirilməsi məsələsi durur - Danimarkanın XİN rəhbəri

Siyasət Materials 5 Oktyabr 2009 16:28 (UTC +04:00)
"Gündəlikdə AŞ-nin Gürcüstanda nəzarət mandatının gücləndirilməsi məsələsi durur. Bu gün sizə bundan artıq heç nə deyə bilmərəm", - Danimarkanın xarici işlər naziri Per Stiq Meller gürcü həmkarı Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında belə deyib.
Gündəlikdə AŞ-nin Gürcüstanda nəzarət mandatının gücləndirilməsi məsələsi durur - Danimarkanın XİN rəhbəri

Gürcüstan, Tbilisi, 05 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

"Gündəlikdə AŞ-nin Gürcüstanda nəzarət mandatının gücləndirilməsi məsələsi durur. Bu gün sizə bundan artıq heç nə deyə bilmərəm", - Danimarkanın xarici işlər naziri Per Stiq Meller gürcü həmkarı Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, AŞ-nin Gürcüstandakı nəzarət missiyasının tərkibində doqquz danimarkalı var. "Bu gün mən onlarla görüşdüm. Onlar ATƏT-in funksiyasını öz üzərinə götürüb və biz arzu edirik ki, bu daha da güclənsin", - Meller deyib.

Danimarka xarici işlər nazirinin səfəri bu gün başlayıb və oktyabrın 7-dək davam edəcək. Səfər çərçivəsində Meller ölkə Prezidenti Mixail Saakaşvili, parlament spikeri David Bakradze və müxalifət nümayəndələri ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti