...

Xəzərin statusu İran hökuməti və parlament nümayəndələri üçün əhəmiyyətlidir - parlament komissiyasının mətbuat katibi

Siyasət Materials 7 Oktyabr 2009 16:14 (UTC +04:00)
"Xəzərin statusu İran hökuməti və parlament nümayəndələri üçün çox əhəmiyyətlidir. Bu məqsədlə İranın Rəşt şəhərində oktyabrın 8-də "Xəzər dənizi" adlı iclas keçiriləcək", - deyə Cəlali çərşənbə günü Tehrandan telefonla Trend News-a bildirib.
Xəzərin statusu İran hökuməti və parlament nümayəndələri üçün əhəmiyyətlidir - parlament komissiyasının mətbuat katibi

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir T.Cəfərov/

İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi Kazım Cəlali bildirib ki, parlament bundan sonra Xəzər dənizi ilə bağlı məsələləri ciddi şəkildə nəzarətə götürəcək.

"Xəzərin statusu İran hökuməti və parlament nümayəndələri üçün çox əhəmiyyətlidir. Bu məqsədlə İranın Rəşt şəhərində oktyabrın 8-də "Xəzər dənizi" adlı iclas keçiriləcək", - deyə Cəlali çərşənbə günü Tehrandan telefonla Trend -a bildirib.

Cəlali əlavə edib ki, iclasda məqsəd komissiyanın Xəzər dənizi ilə bağlı nəzarət öhdəliklərinin icrası, Xəzər dənizi ilə bağlı son məlumatların öyrənilməsi və Xəzər dənizi məsələləri ilə bağlı çalışan orqanlar arasında əməkdaşlığın artırılmasıdır.

Cəlalinin sözlərinə görə, iclasda İranın xarici işlər naziri Mənuçöhr Müttəki, İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, İranın xarici işlər nazirinin müavinləri, Neft, Nəqliyyat, Ekologiya və Gömrük nazirliklərinin, eləcə də İranın Limanlar və Gəmiçilik İdarəsinin rəsmiləri iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti