...

Azərbaycanda keçiriləcək bələdiyyə seçkisində veb-kamera və exit-poll tətbiq ediləcək

Siyasət Materials 7 Oktyabr 2009 17:22 (UTC +04:00)
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində veb-kameralar tətbiq ediləcək. Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda keçiriləcək bələdiyyə seçkisində veb-kamera və exit-poll tətbiq ediləcək

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində veb-kameralar tətbiq ediləcək. Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyə üzrə seçkilər keçiriləcək.

Pənahov bildirib ki, seçkilərdə beynəlxalq təşkilatlar və yerli müşahidəçilərin hər birinə şərait yaradılacaq.

MSK katibi Natiq Məmmədov isə deyib ki, bələdiyyə seçkisində exit-poll (paralel səsvermə) da tətbiq ediləcək. Səsverməyə 28 gün qalmış, yəni noyabrın 25-dən seçkinin təşviqat kampaniyası başlanılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti