...

Azərbaycanın müxalifət hərəkatı bələdiyyə seçkilərində blok şəklində iştirakın mümkün olmadığını düşünür

Siyasət Materials 8 Oktyabr 2009 13:14 (UTC +04:00)
"Hər bir bələdiyyəyə namizəd üçün bloka daxil olan hər bir partiyanın və qurumun ümumi qərarı lazımdır. Bundan başqa, partiyaların şəhadətnamələrinin və nizamnamələrinin hamısı notariusda təsdiqlənməlidir. Bunun üçün təkcə 30-40 min manat lazımdır, bizim isə belə imkanımız yoxdur", - cümə axşamı Trend News-a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
Azərbaycanın müxalifət hərəkatı bələdiyyə seçkilərində blok şəklində iştirakın mümkün olmadığını düşünür

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət hərəkatı bələdiyyə seçkilərində blok şəklində iştirakın mümkün olmadığını düşünür.

"Hər bir bələdiyyəyə namizəd üçün bloka daxil olan hər bir partiyanın və qurumun ümumi qərarı lazımdır. Bundan başqa, partiyaların şəhadətnamələrinin və nizamnamələrinin hamısı notariusda təsdiqlənməlidir. Bunun üçün təkcə 30-40 min manat lazımdır, bizim isə belə imkanımız yoxdur", - cümə axşamı Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Cəlaloğlunun sözlərinə görə, bu prosedurun yüngülləşdirilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ünvanladıqları müraciətə müsbət cavab verilməyib. "Mənə elə gəlir ki, blok şəklində seçkilərdə iştirak etmək çox ciddi problemdir. Ona görə də çalışacağıq ki, hərəkatda təmsil olunan partiyaların hamısının üzvləri fərdi qaydada seçkidə iştirak etsinlər", - partiya sədri əlavə edib.

Onun fikrincə, fərdi qaydada namizədlər irəli sürüləcəyindən hərəkat seçki kampaniyasını ciddi təşkil edə bilməyəcək. "Düşünürəm ki, indiki şərtlərlə ancaq hakim Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində ciddi uğur əldə etməsi mümkündür. Biz isə sadəcə üzvlərimizə namizədliklərini irəli sürməklə bağlı sərbəstlik verəcəyik", - Cəlaloğlu vurğulayıb.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti