...

NATO Abxaziya və Cənubi Osetiyadakı separatist rejimi heç bir zaman tanımayacaq - xüsusi nümayəndə

Siyasət Materials 10 Oktyabr 2009 10:31 (UTC +04:00)
NATO öz mövqeyində qalır və heç bir halda Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyətində deyil, bu barədə dünən Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra NATO-nun baş katibinin Cənubi Qafqazda xüsusi nümayəndəsiRobert Simmons bəyan edib.
NATO  Abxaziya və Cənubi Osetiyadakı separatist rejimi heç bir zaman tanımayacaq - xüsusi nümayəndə

Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirtsxaliya /

NATO öz mövqeyində qalır və heç bir halda Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyətində deyil, bu barədə dünən Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra NATO-nun baş katibinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Robert Simmons bəyan edib.

O, xarici işlər nazirinin müavini Georgi Bokeriya ilə görüşüb və alyansla Gürcüstan arasındakı münasibətlərin perspektivlərini müzakirə edib.

Simmonsun sözlərinə əsasən, Rusiya öz qoşunlarının müharibədən əvvəlki mövqelərinə geri çəkilməsini nəzərdə tutan Sarkozi-Medvedev razılaşmasını sonuna kimi yerinə yetirməldir.

Alyans nümayəndəsi həmçinin NATO-nun genişləndirilməsi mövzusuna toxunub və qeyd edib ki, bu təkcə alyans ölkələrindən asılıdır, Rusiyanın bu məsələdə heç bir veto hüququ yoxdur.

"Buxarest sammitində qeyd olunmuşdu ki, Gürcüstan NATO-nun üzvü olacaq və bu qərar qüvvədədir. Hər şey Gürcüstanın alyans standartlarına nə vaxt çatacağından asılıdır", - Simmons bildirib.

Keçirilən görüşü gəldikdə isə, NATO-nun baş katibinin nümayəndəsinin sözlərinə əsasən NATO standartlarına yaxınlaşma üçün vacib olan öhdəliklərin yerinə yetirilməsi məsələsi nəzərdən keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti