...

Türkiyə xalqı Ermənistan Prezidentini türklərə məxsus qonaqpərvərliklə qarşılayıb və yola salacaq - Baş nazir

Siyasət Materials 13 Oktyabr 2009 15:06 (UTC +04:00)
Türkiyə xalqı Ermənistan Prezidenti Serj Sarkisyanı türklərə məxsus qonaqpərvərliklə qarşılayıb və yola salacaq, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı bildirib, CNN-Türk kanalı çıxışı canlı yayımlayıb.
Türkiyə xalqı Ermənistan Prezidentini türklərə məxsus qonaqpərvərliklə qarşılayıb və yola salacaq - Baş nazir

Türkiyə xalqı Ermənistan Prezidenti Serj Sarkisyanı türklərə məxsus qonaqpərvərliklə qarşılayıb və yola salacaq, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı bildirib, CNN-Türk kanalı çıxışı canlı yayımlayıb.

"Sarkisyanı və digərlərini türk qonaqpərvərliyinə yaraşan şəkildə qarşılayacaq, qonaq edəcək və yola salacağıq", - deyə Ərdoğan bildirib.

Türkiyə ilə Ermənistanın futbol üzrə milli yığmaları arasında keçiriləcək qarşılaşma ilə əlaqədar Ermənistanın futbol heyəti artıq Türkiyədədir. Oyun sabah keçiriləcək.

Ərdoğan Türkiyə-Ermənistan matçı zamanı Türkiyə ictimaiyyətinin böyük bir ölkənin vətəndaşlarına yaraşan şəkildə davranacağına inandığını deyib.

"Bu zaman öz siyasi maraqlarını güdənlər də olacaq, lakin bursalıların bu kimi təhriklərə məhəl qoymayacağına inanıram", - deyə Ərdoğan bildirib.

Baş nazir həmçinin bildirib ki, bu futbol matçının Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə öz töhfəsini verəcyinə inanır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti