...

Azərbaycan Prezidenti İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının iştirakçılarına məktubla müraciət edib

Siyasət Materials 13 Oktyabr 2009 16:26 (UTC +04:00)
2009-cu il üçün Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymətdir, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının iştirakçılarına məktubunda deyilir. Bu barədə məlumatı çərşənbə axşamı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının iştirakçılarına məktubla müraciət edib

2009-cu il üçün Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymətdir, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının iştirakçılarına məktubunda deyilir. Bu barədə məlumatı çərşənbə axşamı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr vermiş, bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb etmişdir. Respublikamızda hökm sürən tolerantlıq mühitini biz böyük tarixi nailiyyətimiz kimi dəyərləndirir, bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetiririk", - məktubda deyilir.

Dövlət başçısı Bakı Konfransının müxtəlif sivilizasiyaların ortaq mənəvi-mədəni dəyərlərə əsaslanan səmərəli əməkdaşlıq səylərində vacib töhfə olacağına əminliyini bildirib.

"Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələri həyata keçirir. Lakin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızdakı islam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və abidələr dağıdılmışdır", - məktubda qeyd olunur.

Prezident bildirib ki, bu təcavüzlə bağlı olaraq İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi Azərbaycanda həmişə təqdirlə qarşılanmışdır.

"İnanıram ki, konfransınızda islam dünyası mədəniyyətinin aktual məsələlərinə dair ətraflı müzakirələr aparılacaq, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyən ediləcəkdir", - Azərbaycan Prezidentinin məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti