Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir V.Javoronkova/
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanov bu həftə Cənubi Qafqaza səfər edəcək. O, oktyabrın 22-24-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend -a ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
Hazırda Kaydanov Yerevandadır. O, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüş keçirir.
Tina Kaydanov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi vəzifəsinə Meytu Brayzanı əvəzləyərək 2009-cu ilin avqustunda keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]