...

"Qazax eli" abidəsi qazax xalqının azadlıq arzusunu təcəssüm etdirir - Qazaxıstanın xarici işlər naziri

Siyasət Materials 20 Oktyabr 2009 20:09 (UTC +04:00)
Qazaxıstanın xarici işlər naziri - dövlət katibi Kanat Saudabayev çərşənbə axşamı Ağ Ordada çıxışı zamanı "Qazax eli" abidəsinin açılışı münasibətilə qazax xalqını təbrik edib.
"Qazax eli" abidəsi qazax xalqının azadlıq arzusunu təcəssüm etdirir - Qazaxıstanın xarici işlər naziri

Qazaxıstan, Astana, 20 oktyabr / Trend , müxbir K.Konırova/

Qazaxıstanın xarici işlər naziri - dövlət katibi Kanat Saudabayev çərşənbə axşamı Ağ Ordada çıxışı zamanı "Qazax eli" abidəsinin açılışı münasibətilə qazax xalqını təbrik edib.

Onun sözlərinə görə, "Qazax eli" abidəsi qazax xalqının çoxdankı azadlıq arzusunu təcəssüm etdirir. Abidənin aşağı hissəsində müstəqil Qazaxıstanın əsasını qoyan milli lider Nursultan Nazarbayevin barelyefi quraşdırılıb.

"Dünya "Eyfel" qülləsini, "Azadlıq" abidəsini tanıyır və indi onların sırası yeni "Qazax eli" abidəsi ilə tamamlandı", - Saudabayev deyib.

"Qazax eli" abidəsi Prezident Nazarbayevin təşəbbüsü ilə yaradılan Müstəqillik Sarayının daxil olduğu arxitektura-tikinti kompleksinin bir hissəsidir.

Abidənin hündürlüyü 91 metrdir. Bu simvolikdir: 1991-ci ildə Qazaxıstan müstəqil dövlət olub. Abidənin aşağısı dörd barelyeflə bəzədilib: "Gələcək", "Quruculuq", "Mərdlik" və onlardan ən əsası "Xalq və Prezident".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti