...

Rusiya Sarkozi-Medvedev razılaşmasını pozur - Britaniyanın XİN rəhbəri

Siyasət Materials 27 Oktyabr 2009 17:33 (UTC +04:00)
"Əgər bu müqavilə yerinə yetirilməsə, provokasiya və Gürcüstanın münaqişəli zonalarında vəziyyətin destabilizasiyasından qaçmaq olmayacaq", - Lüksemburqda Gürcüstan jurnalistlərinə Devid Milibend bildirib.
Rusiya Sarkozi-Medvedev razılaşmasını pozur - Britaniyanın XİN rəhbəri

Gürcüstan, Tbilisi, 27 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Böyük Britaniyanın xarici işlər naziri Rusiyanı ötənilki Medvedev-Sarkozinin Gürcüstan üzrə müqaviləsini yerinə yetirməyə çağırıb. "Əgər bu müqavilə yerinə yetirilməsə, provokasiya və Gürcüstanın münaqişəli zonalarında vəziyyətin destabilizasiyasından qaçmaq olmayacaq", - Lüksemburqda Gürcüstan jurnalistlərinə Devid Milibend bildirib.

Bununla o, dünən "Cənubi Osetiya Respublikası"nın sərhəd rejiminin guya pozulmasına görə 16 gürcünün saxlanılmasına dair şərh verib.

"Rusiyanın hələ də sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi faktı təəssüf doğurur, bundan başqa o, öhdəlikləri kobud şəkildə pozur", - o bildirib.

Böyük Britaniyanın XİN rəhbəri qeyd edib ki, "bizim vəzifəmiz provokasiyalardan yayınmaqdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti