Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İsmayıllı rayonunda "Cavanşir Qala" beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısını inşaatçılar hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə layihə əsasında məlumat verilib ki, Talıstan kəndi ərazisində yerləşən 40 hektar sahədə "Cavanşir Qala" mehmanxana kompleksinin tikintisinə 2008-ci ildə başlanılıb. Cavanşir qalasının qalıqlarının yaxınlığında yerləşən kompleks 11 mərtəbəli əsas korpusdan ibarətdir. Kompleks 180 adi və lyuks otaq, 500 nəfərlik konfrans mərkəzi, 2 əsas restoran, qapalı və açıq hovuz, idman zalı, vitamin-bar və digər məişət xidmətləri göstərən obyektlərdən ibarət olacaq.
Əsas binanın ümumi tikinti sahəsi 20 min kvadratmetr təşkil edir. Hazırda əsas korpusun 7-ci mərtəbəsi inşa edilir. Layihənin ikinci mərhələsində kotteclər kompleksi, üç və dördmərtəbəli istirahət kompleksləri, idman-sağlamlıq meydançaları, uşaq əyləncə mərkəzləri, açıq teatr, qolf klubu və digər istirahət-xidmət sahələrinin inşası nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksin maketina baxıb. Dövlət başçısı tikinti işləri ilə bağlı tövsiyələrini veriv, inşaatçılara uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İsmayıllı rayonunda "Cavanşir Qala" beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İsmayıllı rayonunda "Cavanşir Qala" beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
