Azərbaycan, Bakı, 30 oktyabr / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməsi münasibətilə Angela Merkeli təbrik edib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
"Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.
Dövlət başçısı Merkelə möhkəm cansağlığı, səadət, dost Almaniya xalqının mənafeyi naminə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.