...

Türkiyə hər zaman Azərbaycanın yanında olacaq - Türkiyə Quru Qoşunları Komandanı

Siyasət Materials 3 Noyabr 2009 15:34 (UTC +04:00)
Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, Trend News-un məlumatına görə, bu sözləri çərşənbə axşamı Türkiyə Quru Qoşunları Komandanı, Ordu generalı İşık Koşaner daxili işlər naziri Ramil Usubovla görüşü zamanı deyib.
Türkiyə hər zaman Azərbaycanın yanında olacaq - Türkiyə Quru Qoşunları Komandanı

Azərbaycan, Bakı, 3 noyabr / Trend , muxbir  K.Zərbalıyeva/ Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, Trend -un məlumatına görə, bu sözləri çərşənbə axşamı Türkiyə Quru Qoşunları Komandanı, Ordu generalı İşık Koşaner daxili işlər naziri Ramil Usubovla görüşü zamanı deyib.

Türkiyəli general Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəklərini, qarşılıqlı əlaqələrin və əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Daxili işlər naziri Ramil Usubov son illər iki ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin, Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli şəkildə istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini qeyd edib.

Nazir Türkiyə Quru Qoşunları Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları ilə əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc iştirak edib.

Türkiyə Quru Qoşunları Komandanı, Ordu generalı İşık Koşaner noyabrın 2-dən Azərbaycanda səfərdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti