...

MSK Azərbaycanın müxalifət partiyalarının səlahiyyətli nümayəndələrini qeydə alıb

Siyasət Materials 3 Noyabr 2009 17:08 (UTC +04:00)
Bu məsələ ilə bağlı MSK-nın katibi Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının 28 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi, Liberal Demokrat Partiyasının isə bir səlahiyyətli və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.
MSK Azərbaycanın müxalifət partiyalarının səlahiyyətli nümayəndələrini qeydə alıb

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir A.Hüseynbala/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat və Liberal Demokrat partiyalarının səlahiyyətli nümayəndələrinin qeydiyyatı ilə bağlı məsələ müzakirə olunub.

Bu məsələ ilə bağlı MSK-nın katibi Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının 28 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi, Liberal Demokrat Partiyasının isə bir səlahiyyətli və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Müsavat Partiyası iddia edirdi ki, səlahiyyətli nümayəndələrin qeydiyyatı ilə bağlı MSK onlardan əlavə sənədlər tələb edib.

Məmmədov isə deyib ki, MSK tərəfindən təlimatda nəzərdə tutulduğundan artıq sənəd tələb olunmayıb.

MSK sədri Məzahir Pənahov deyib ki, ATƏT və Prezident Administrasiyası ilə birgə Bakı, Gəncə, Şirvan şəhərlərində noyabrın ortalarından yerli icra hakimiyyəti strukturları və dairə seçki komissiyaları (DSK) rəhbərləri üçün müşavirələr başlayacaq.

"Biz beynəlxalq təşkilatlarla əməkdaşlığın tərəfdarıyıq. Bu cür əməkdaşlıq indiyə qədər olan seçkilərin demokratik keçirilməsində əhəmiyyətli olub", - MSK sədri əlavə edib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

1718 bələdiyyə üzrə 28 826 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 5534 nəfəri qadındır. Namizədliyi təsdiqlənən şəxslərin 14 298-i ali təhsillidir.

Namizədliyi təsdiqlənmiş şəxslərdən 27 728 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərin 17 437 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 841 bələdiyyə üzrə7927 nəfərin namizədliyi qeydə alınmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti