...

Tbilisi aeroportunda xüsusi ehtiyat tədbirləri görülüb

Siyasət Materials 4 Noyabr 2009 17:06 (UTC +04:00)
Ukraynada "donuz qripi"nin yayılması ilə əlaqədar olaraq Tbilisi Beynəlxalq hava limanında xüsusi ehtiyat tədbirləri görülüb.
Tbilisi aeroportunda xüsusi ehtiyat tədbirləri görülüb

Gürcüstan, Tbilisi, 04 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Ukraynada "donuz qripi"nin yayılması ilə əlaqədar olaraq Tbilisi Beynəlxalq hava limanında xüsusi ehtiyat tədbirləri görülüb.

Epidemioloqlar sərhəddə bütün sərnişinlərə məlumat vərəqəsi verirlər və onların səhhətini yoxlayırlar. Qrip simptomlarının aşkar edildiyi təqdirdə Xəstəliyin Yoxlanılması Mərkəzinə göndərilmək üçün sorğu vərəqəsi doldurulur.

Virus aşkarlanarsa yoluxmuş sağlamlığın yoxlanılması Mərkəz tərəfindən nəzarət altına alınır. Həmin idarənin əməkdaşları A/H1N1 virusuna yoluxanlarla yaxın əlaqədə olan şəxslərin hamısının yoxlanılmasını təmin edir.

Ukrayna-Gürcüstan reysində isə xüsusi tədbirlər görülüb. Xüsusi təlim keçmiş ukraynalı stüardessalar təyyarələrin bortlarında sərnişinlərə nəzarət edirlər və şubhəli simptomun aşkar olunduğu təqdirdə aeroportla əlaqə saxlayırlar. Stüardessaların özləri xüsusi qoruyucu maska geyirlər.

Ukraynadan ötən gecə daha bir reys olub. Sərnişinlər bütün lazımi prosedurlardan keçiblər. Sərnişinlər arasında virusa yoluxma şübhəsi qeydə alınmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti