...

Türkmənistan deputatları müntəzəm olaraq seçildikləri yerlərə getməlidirlər – Prezident Qurbanqulu Berdımuhammedov

Siyasət Materials 9 Noyabr 2009 12:52 (UTC +04:00)
Türkmənistan Parlamentinin deputatları "xalqın real qayğılarını yaşamalı, müntəzəm olaraq yerlərinə getməli, öz seçiciləri ilə görüşməlidirlər", bu cür tələblərlə Prezident Qurbanqulu Berdımuhammedov çıxış edib.
Türkmənistan deputatları müntəzəm olaraq seçildikləri yerlərə getməlidirlər – Prezident Qurbanqulu Berdımuhammedov

Türkmənistan, Aşqabad, 09 noyabr / Trend , müxbir H.Həsanov/

Türkmənistan Parlamentinin deputatları "xalqın real qayğılarını yaşamalı, müntəzəm olaraq yerlərinə getməli, öz seçiciləri ilə görüşməlidirlər", bu cür tələblərlə Prezident Qurbanqulu Berdımuhammedov çıxış edib.

Məclisin (parlamentin) rəhbəri Akce Nurberdıyevə müraciətində Prezident, "parlamentarilərin regionun sosial-iqtisadi və mədəni inkişafı məsələlərinin həllində daha geniş iştirakının məqsədəuyğuluğunu" qeyd edib.

Dövlət mətbuat xidmətindən bildirildiyi kimi, spiker milli parlamentin dövlət siyasətinin mühim prioritetləri konteksində ölkədə müasir qanunvericilik bazasının yaradılmasına dair görülmüş işlər barədə mülahizə edib.

Onun sözlərinə öörə, həyat şəraitinin müxtəlif sferalarında dövlət siyasətinin nizama salınması üçün bir sıra yeni qanun layihələri hazırlanır.

Berdımuhammedov "sonrakı proqresin ayrılmaz şərtləri, uğurla reallaşdırıla bilən bütün iri həcimli dəyişdirici proqram və layihələrin həyata keçirilməsi" kimi milli qanunvericiliyin müasirləşdirilməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti