...

Baltik Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə oluna bilər – Milli Məclisin deputatı

Siyasət Materials 12 Noyabr 2009 16:37 (UTC +04:00)
"Assambleyanın prezidenti bu məsələnin müzakirəyə çıxarılmasına dair vəd verib", - cümə axşamı Trend News-a Milli Məclisin GUAM-ın Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Əli Məsimli bildirib.
Baltik Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə oluna bilər – Milli Məclisin deputatı

Azərbaycan, Bakı, 12 noyabr / Trend , muxbir A.Hüseynbala/

Baltik Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə oluna bilər.

"Assambleyanın prezidenti bu məsələnin müzakirəyə çıxarılmasına dair vəd verib", - cümə axşamı Trend -a Milli Məclisin GUAM-ın Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Əli Məsimli bildirib.

Trend -un arayışı: Azərbaycan Milli Məclisinin GUAM-ın Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Elton Məmmədovun başçılığı ilə deputatlar Elman Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli noyabrın 8-10-da təşkilatın Gürcüstanın paytaxtında keçirilən IV plenar iclasda iştirak ediblər.

Məsimlinin sözlərinə görə, assambleyanın rəhbəri ilə məsələni bu günlərdə GUAM-ın Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında bir daha müzakirə edib. "Assambleyanın rəhbəri assambleyanın noyabr ayının sonlarında keçiriləcək iclasının gündəliyinə Azərbaycanın ərazi bütövlüyü məsələsinin salınacağını istisna etmədi", - millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycanın Baltik Assambleyası ilə həm GUAM çərçivəsində, həm də ayrılıqda əməkdaşlığı çox faydalı ola bilər. "Bu əməkdaşlığımız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də yardımçı ola bilər. Bundan başqa, assambleya ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiya imkanlarını xeyli genişləndirəcək. Bu isə birbaşa Azərbaycanın təhlükəsizliyi, daha sürətli sosial-iqtisadi inkişafa nail olmağımızla nəticələnəcək", - Məsimli vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti