Türkiyə, Ankara , 13 noyabr / Trend , müxbir G.Nəsibova /
Türkiyənin paytaxtı Ankarada XXI Yüzil Türkiyə İnstitutunun Türkiyə-Azərbaycan əlaqələrinə həsr olunmuş tədbirdə çıxış edən universitetin direktoru Ümit Özdağ Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi üçün lobbi fəaliyyətinə ehtiyac olduğunu bildirib.
"Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı üçün lobbi fəaliyyətinə ehtiyac var", - deyə cümə günü Özdağ Trend -a bildirib.
Trend -un arayışı: Bu gün Ankarada Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyətinə həsr olunmuş tədbir keçirilir. Tədbirdə türkiyəli ziyalılarla yanaşı, Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva və Rabiyyət Aslanova da iştirak edir.