Türkmənistan, Aşqabad, 24 noyabr / Trend , müxbir H.Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi səfəri dekabrın 16-dan 18-nə kimi olacaq. Bu barədə Yaponiya XİN-nin saytında xəbər verilir.
"Yaponiya hökuməti Türkmənistan Prezidentinin iki ölkə arasındakı dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə imkan yaradacaq səfərini səmimiyyətlə alqışlayır", - məlumatda bildirilir.
Türkmənistan rəhbərinin şərəfinə İmperator Akihito ziyafət verəcək. Səfər çərçivəsində həmçinin Yaponiyanın Baş naziri Yukio Hatoyama ilə də görüş planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]