...

Gürcüstan Parlamenti və Avropa Şurası Gürcüstan demokratiyasını müzakirə ediblər

Siyasət Materials 4 Dekabr 2009 17:45 (UTC +04:00)
Gürcüstan Parlamentinin sədri David Bakradze cümə günü Avropa Şurasının siyasi direktoru Jan-Lui Loranla görüşüb. Tərəflər Gürcüstanla Avropa Şurası əməkdaşlığının əsas aspektlərini müzakirə ediblər.
Gürcüstan Parlamenti və Avropa Şurası Gürcüstan demokratiyasını müzakirə ediblər

Gürcüstan, Tbilisi, 04 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin sədri David Bakradze cümə günü Avropa Şurasının siyasi direktoru Jan-Lui Loranla görüşüb. Tərəflər Gürcüstanla Avropa Şurası əməkdaşlığının əsas aspektlərini müzakirə ediblər.

Danışıqların əsas mövzusu seçki qanunvericiliyinin və qarşıdan gələn gələcək yerli seçkilərin təkmilləşdirilməsi olub. Həmçinin müxalifətin Milli Təhlükəsizlik Şurasında, Konsultasiya komisiyasının işində iştirakı barədə, ictimai xəbər yayanların işi barədə, işğal olunmuş ərazilər barədə qanunun təkmilləşdirilməsi və məshəti türklərin repatriasiyası barədə söhbət gedib.

David Bakradze və Jan-Lui Loran həmçinin Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti