...

2010-cu ildə Azərbaycan-İspaniya əlaqələrinin fəallaşması gözlənilir

Siyasət Materials 9 Dekabr 2009 17:20 (UTC +04:00)
"Yeni ildə Azərbaycan-İspaniya münasibətlərinin bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə fəallaşması gözlənilir", - çərşənbə günü Azərbaycanın İspaniyadakı səfirliyinin müşaviri Anar Məhərrəmov Trend News-a bildirib.

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir S.Ağayeva/

2010-cu ildə Azərbaycan-İspaniya əlaqələrinin fəallaşması gözlənilir.

"Yeni ildə Azərbaycan-İspaniya münasibətlərinin bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə fəallaşması gözlənilir", - çərşənbə günü Azərbaycanın İspaniyadakı səfirliyinin müşaviri Anar Məhərrəmov Trend -a bildirib.

"İspaniya Avropa ölkəsi olmasına baxmayaraq, Latın Amerikası ölkələrinə daha çox maraq göstərir, belə ki, onları ümumi dil, mədəniyyət və tarix birləşdirir. Lakin səfirlik bu ölkəni Azərbaycanla əməkdaşlığa cəlb etməyə nail olub", - diplomat deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın geniş inkişafı üçün və möhkəm müqavilə-hüquq bazasının yaradılması üçün Azərbaycan artıq İspaniya hökumətinə saziş layihələri paketi təqdim edib. "Saziş layihələri arasında hava nəqliyyatı, ikiqat vergi qoyulmasına yol verilməməsi, təşviqat və qarşılıqlı investisiyaların müdafiəsi, telekommunikasiya sahəsində əməkdaşlıq, mədəniyyət barədə layihələr var. Bütün layihələr hazırda İspaniya hökuməti tərəfindən nəzərdən keçirilir və növbəti ildə qarşılıqlı səfərlər zamanı imzalanacaq", - diplomat deyib.

İki ölkə əməkdaşlığının inkişaf məsələlərini Azərbaycanın İspaniyadakı səfiri Məmməd Əliyev İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi tapşırıqlara dair səfiri ilə Madriddəki qərargahda müzakirə edib.

"Neft və qeyri-neft sektorunda Azərbaycanla əməkdaşlıqda maraqlı olan ispan şirkətləri var", - müşavir deyib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi bu ilin yanvar-sentyabr ayları ərzində 168,5 milyon dollar təşkil edib.

"Gələn il, həmçinin İspaniya hökumətinin Avropa Şurasında iki ölkənin əməkdaşlığının inkişafına müsbət təsir edəcəyi gözlənilir", - Məhərrəmov hesab edir.

Xəbər lenti

Xəbər lenti