...

Azərbaycanda seçkiqabağı mühit demokratik qiymətləndirilib - Beynəlxalq Monitorinq İnstitutunun filialı

Siyasət Materials 19 Dekabr 2009 14:27 (UTC +04:00)
Azərbaycanda seçkiqabağı mühit demokratiya, söz və mətbuat azadlığının təmin olunması, siyasi qüvvələrin fəaliyyəti üçün münbit şəraitin olması ilə qiymətləndirilib.
Azərbaycanda seçkiqabağı mühit demokratik qiymətləndirilib - Beynəlxalq Monitorinq İnstitutunun filialı

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda seçkiqabağı mühit demokratiya, söz və mətbuat azadlığının təmin olunması, siyasi qüvvələrin fəaliyyəti üçün münbit şəraitin olması ilə qiymətləndirilib.

23 dekabr 2009-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsinin ilkin mərhələsi ilə bağlı MDB PAA DİMBİ Bakı filialı apardığı monitorinq və araşdırmalar nəticəsində belə nəticəyə gəlinib.

Azərbaycanda 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

İnstitutun Bakı filialının müşahidəsinə əsasən, seçki prosesinin təşkili Azərbaycanda bələdiyyə seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsinə imkan verir.

Bakı şəhərində, Gəncə, Yevlax, Şəmkir, Şamaxı, Oğuz, Abşeron, Sumqayıt, Quba və digər bölgələrdə seçkiyə hazırlıq işləri və seçki komissiyalarının fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilib. Bundan əlavə, bələdiyyə seçkiləri ilə bağlı Bakı şəhərində ictimaiyyət arasında geniş sorğu keçirilib.

Bakı filialının uzunmüddətli müşahidələrinin nəticələri seçki günü ertəsi elan ediləcək.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Xəbər lenti

Xəbər lenti