...

Türkiyə bu tezliklə Aİ-nin üzvü olmayacaq - ekspert

Siyasət Materials 19 Dekabr 2009 14:51 (UTC +04:00)
Yaxın zamanlarda Türkiyənin Aİ-yə daxil olması mümkün deyil, lakin ölkənin Aİ ilə danışıqları gələcək siyasətin müəyyən edilməsinə yönəldilib. Türkiyəli analitik Taha Akyol belə hesab edir.
Türkiyə bu tezliklə Aİ-nin üzvü olmayacaq - ekspert

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Yaxın zamanlarda Türkiyənin Aİ-yə daxil olması mümkün deyil, lakin ölkənin Aİ ilə danışıqları gələcək siyasətin müəyyən edilməsinə yönəldilib. Türkiyəli analitik Taha Akyol belə hesab edir.

"Yaxın zamanlarda Türkiyənin Aİ-yə daxil olması mümkün deyil, bunu Türkiyə hökuməti də, xalqı da çox gözəl anlayır", - Akyol şənbə günü Bakıda jurnalistlərə deyib.

Lakin, türkiyəli analitikin sözlərinə görə, Ankaranın Aİ ölkələri ilə bu ittifaqa daxil olması ilə bağlı danışıqları gələcək siyasətin müəyyən edilməsinə yönəlmiş addımdır.

Türkiyə Aİ-yə daxil olmaq barədə danışıqlara 2005-ci ildə başlayıb. Aİ Türkiyədən ədalət məhkəməsi, rüşvətxorluqla mübarizə, söz azadlığı, insan haqları və sş kimi sahələrdə islahatlar aparmağı tələb edir və Kipr məsələsinin tezliklə nizamlanmasına çağırır. Fransa və Almaniya Türkiyəni Aİ-nin tam səlahiyyətli üzvü kimi görmək istəmir. Onlar Türkiyəyə "xüsusi tərətdaş" statusunun verilməsinə üstünlük verirlər.

Xəbər lenti

Xəbər lenti