...

Azərbaycan paytaxtında viza rejimini pozan bir qrup əcnəbi saxlanılıb

Siyasət Materials 21 Dekabr 2009 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında viza rejimini pozan bir qrup əcnəbi saxlanılıb.

Nəsimi rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, Pakistan vətəndaşları - 1983-cü il təvəllüdlü Rassen Siltay Bulduni, 1982-ci il təvəllüdlü Javed Raşhid Hanif və 1980-ci il təvəllüdlü Khan Muhammed Asif Kahan oğlu müəyyən edilməmiş yerdə küçə ticarəti ilə məşğul olduqları üçün polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onlar viza rejimi qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması (330) maddəsi ilə cərimə ediliblər.

Saxlanılan əcnəbilər öz ölkələrinə təhvil verilmələri üçün aidiyyatı üzrə müvafiq quruma təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti