...

Azərbaycanın cənubunda saat 15:00-a olan məlumata görə, seçicilərin 21-26 faizi səs verib

Siyasət Materials 23 Dekabr 2009 15:46 (UTC +04:00)
Azərbaycanın cənubunda saat 15:00-a olan məlumata görə, bələdiyyə seçkisində seçicilərin 21-26 faizi səsvermədə iştirak edib.
Azərbaycanın cənubunda saat 15:00-a olan məlumata görə, seçicilərin 21-26 faizi səs verib

Azərbaycan, Lənkəranı, 23 dekabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda saat 15:00-a olan məlumata görə, bələdiyyə seçkisində seçicilərin 21-26 faizi səsvermədə iştirak edib.

Bölgənin 6 rayonunda 12 dairə fəaliyyət göstərir. Bu saata kimi məntəqələrdə hər hansı bir qanun pozuntusuna rast gəlinməyib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti