...

Moskva Saakaşvilini keçmiş Baz nazir Noqaideli ilə əvəz etməyə cəhd göstərir - ekspert

Siyasət Materials 24 Dekabr 2009 16:43 (UTC +04:00)
Gürcüstanlı ekspert Soso Sinsadze əmindir ki, Rusiya artıq Mixail Saakaşvilini əvəz edəcək namizədi seçib.
Moskva Saakaşvilini keçmiş Baz nazir Noqaideli ilə əvəz etməyə cəhd göstərir - ekspert

Gürcüstan, Tbilisi, 24 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanlı ekspert Soso Sinsadze əmindir ki, Rusiya artıq Mixail Saakaşvilini əvəz edəcək namizədi seçib. Söhbət zamanı arqument qismində o, "Moskva Saakaşvilinin əvəzləyicisi məsələsini müəyyənləşdirib" adı altında Kremlə yaxın olan Rusiyanın "Nezavisimoy qazetı" qəzetindəki məqaləni göstərib.

Ekspertin sözlərinə görə, o artıq 20 ildir ki, nəşrin məlumatlarını oxuyur və qəzet heç vaxt öz proqnozlarında səhv etməyib. "Bu dəfə qəzetin fikrinə görə, Moskva artıq Saakaşviliyə əvəzedici seçib və bu, Zurab Noqaidelidir", - Sinsadze deyib.

Ekspert Moskvada olan Gürcüstanın keçmiş Baş naziri Zurab Noqaidelinin Rusiyanın Baş naziri Vladimir Putinlə görüşünü məhz belə şərh edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti