Azərbaycan, Bakı, 1 yanvar / Trend , müxbir T.Cəfərov/
şəhəri və
Gəncəİranın əyalətləri ilə ikitərəfli əməkdaşlıq üçün geniş potensial var. Bunu Gəncə şəhərində səfərdə olan İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib. Bu barədə İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri telefonla Trend -a bildirib.
"Gəncə şəhərində ikitərəfli əməkdaşlıq, əyalətlərarası əməkdaşlıq və iqtisadi layihələrinin icrası üçün çox geniş potensial var"- deyə, Bəhrami bildirb.
İsgəndəri onu da qeyd edib ki , İranın Azərbaycandakı səfiri cümə günü Gəncə şəhərinə səfər edib. O, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Şah Abbass məscidinə baxış keçirib, yerli dindarlarla görüşüb və onlarla birgə namaz qılıb.
İsgəndərinin sözlərinə görə, səfirin Gəncə şəhərinə səfərdə məqsədi bu şəhərdə olan ikitərəfli əməkdaşlıq üçün potensialla və Azərbaycanda fəaliyyət göstərən İranın İmam Xomeyni adına İmdad Komitəsinin Gəncədə gördüyü işlər ilə tanışlıqdır.