...

Azərbaycan paytaxtında polis gücləndirilmiş iş rejiminə keçib

Siyasət Materials 26 Yanvar 2010 13:04 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Cəmşid Hənifəyev çərşənbə axşamı Trend News-a bildirib ki, bu gün səhər saat 7.00-dan etibarən paytaxt yol polisi gücləndirilmiş iş rejimində işləyir.
Azərbaycan paytaxtında polis gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 26 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda qarlı və buzlu hava şəraiti ilə əlaqədar olaraq paytaxt yol polisi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə müdiri Cəmşid Hənifəyev çərşənbə axşamı Trend -a bildirib ki, bu gün səhər saat 7.00-dan etibarən paytaxt polisi gücləndirilmiş iş rejimində işləyir.

Şöbə rəisinin sözlərinə görə, buzlu yollara qum səpilib. BŞDYPİ sürücülərə şaxtalı və qarlı havalarda şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edir, onlardan ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edir.

Yanvarın 25-i axşam saatlarında Bakıya ilk qar yağıb. Yanvarın 26-da da hava şəraitinin tutqun olacağı, qar yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Anomal soyuq hava şəraitinin yanvarın 28-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti