...

Gələn aydan etibarən Azərbaycan vətəndaşlarının İrana vizasız girişi təmin olunacaq - konsul

Siyasət Materials 26 Yanvar 2010 15:17 (UTC +04:00)
İran rəsmi olaraq fevralın 1-dən Azərbaycan vətəndaşları üçün vizasız rejimin birtərəfli ləğv edilməsinə başlayacaq.
Gələn aydan etibarən Azərbaycan vətəndaşlarının İrana vizasız girişi təmin olunacaq - konsul

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir T.Cəfərov/

İran rəsmi olaraq fevralın 1-dən Azərbaycan vətəndaşları üçün vizasız rejimin birtərəfli ləğv edilməsinə başlayacaq.

Azərbaycan vətəndaşları İran ərazisində 15 gün qala bilər, ölkədə qalmaq müddətini uzatmaq istəyən şəxslər isə İslam Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı konsulu Bəhruz Zare Mirzayi jurnalistlərə deyib.

"Müraciətə əsasən səfərin müddəti üç aya qədər uzadıla bilər", - Mirzayi əlavə edib.

Lakin viza rejiminin ləğv edilməsinə baxmayaraq, Azərbaycan vətəndaşlarının təhlükəli xəstəliklərdən yayınmaları üçün qan analizi vermə üsulu saxlanılır. Bunun üçün Bakı, Gəncə və Lənkəranda qan analizinin götürülməsi üçün xüsusi mərkəzlər fəaliyyət göstərəcək.

Bu günə qədər İran Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

Azərbaycan hələ ki cavab addımı atmayıb.

İran 1993-cü ildə viza rejiminin ləğv edilməsinə dair Azərbaycanla imzaladığı memoranduma əsasən viza rejimini birtərəfli ləğv edib.

Xəbər lenti

Xəbər lenti