...

Hindistanın işgüzar adamlarından ibarət missiya Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Fevral 2010 16:21 (UTC +04:00)
Hindistanın işgüzar adamlarından ibarət missiya fevralın 7-10-da Azərbaycana səfər edəcək. Bu barədə Hindistanın Bakıdakı səfirliyindən Trend News-a məlumat verilib. Bu missiyanın tərkibinə ölkənin aparıcı farmasevtik firmalarının nümayəndələri daxildir.
Hindistanın işgüzar adamlarından ibarət missiya Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir S.Ağayeva/

Hindistanın işgüzar adamlarından ibarət missiya fevralın 7-10-da Azərbaycana səfər edəcək. Bu barədə Hindistanın Bakıdakı səfirliyindən Trend -a məlumat verilib. Bu missiyanın tərkibinə ölkənin aparıcı farmasevtik firmalarının nümayəndələri daxildir.

Səfər Hindistanın Sənaye və Ticarət Nazirliyi yanında Farmasevtik məhsulların ixracının təşviqi şurasının xətti ilə təşkil edilib. Səfər çərçivəsində Bakıda fevralın 8-də seminar keçiriləcək. Hindistanın farmasevtik firmalarının nümayəndələri səfər çərçivəsində Azərbaycan bazarını öyrənmək və yerli tərəfdaşlarla tanış olmaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti