...

Azərbaycan daxili işlər nazirinin qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb

Siyasət Materials 3 Fevral 2010 17:24 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun "Femida 007" qəzetinin redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.
Azərbaycan daxili işlər nazirinin qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun "Femida 007" qəzetinin redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend -un məlumatına görə, məhkəmənin qərarı ilə Əyyub Kərimov Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə təqsirli bilinərək aylıq maaşından 15% tutulmaqla, 1 il 6 ay müddətinə  islah işlərinə cəlb olunub. 220 manat məbləğində məhkəmə  xərcləri və məhkəmə ekspertiza xərcləri Kərimovun hesabına  ödəniləcək.

Daxili işlər naziri Ramil Usubov Əyyub Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb. Buna səbəb Əyyub Kərimovun mətbuatda Daxili İşlər Nazirliyi haqqında yazdığı məqalələrdir.

Xəbər lenti

Xəbər lenti