...

Sabah sərhədlərin delimitasiyası üzrə Azərbaycan ekspertləri Tbilisiyə gedəcəklər

Siyasət Materials 8 Fevral 2010 16:30 (UTC +04:00)
Sabah Tbilisidə Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iclasının hazırlığına dair ekspertlərin görüşü keçiriləcək. Bu barədə Trend News-a Gürcüstan XİN-dən məlumat verilib.
Sabah sərhədlərin delimitasiyası üzrə Azərbaycan ekspertləri Tbilisiyə gedəcəklər

Gürcüstan, Tbilisi, 08 fevral / Trend , müxbir N.Kirsxaliya/

Sabah TbilisiGürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iclasının hazırlığına dair ekspertlərin görüşü keçiriləcək. Bu barədə Trend -a Gürcüstan XİN-dən məlumat verilib.

"Ekspertlərin hazırlıq işləri onların sərhədə getməsi ilə əlaqədar bir gün uzadılacaq", - XİN-dən bildiriblər. Qeyd edilib ki, ekspertlərin görüşü qapalı xarakter daşıyır və görüşün nəticələri barədə rəsmi məlumat yayımlanmayacaq.

Komissiya həmsədrlərinin sonuncu görüşü yanvarın 29-da Tbilisidə keçirilib.

Komissiyanın Azərbaycan tərəfinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun jurnalistlərə verdiyi məlumata görə, ekspertlər razılaşdırılmış sahələrlə bağlı işlər həyata keçirəcək, bundan sonra isə komissiya sədrləri səviyyəsində görüşlər təşkil ediləcək. "Komissiyanın növbəti iclasının tarixi bundan sonra dəqiqləşdiriləcək. Delimitasiya komissiyasının növbəti iclası Bakıda keçiriləcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti