...

Gürcüstanın müxalifət partiyası və "Vahid Rusiya" partiyası əməkdaşlıq haqqında müqavilə imzalayıb

Siyasət Materials 9 Fevral 2010 18:13 (UTC +04:00)
Moskvada hakim "Vahid Rusiya" partiyası və Gürcüstanın sabiq Baş naziri Zurab Noqaidelinin partiyası "Ədalətli Gürcüstan uğrunda hərəkat" arasında müqavilə imzalanıb. Sənədi Noqaideli və "Vahid Rusiya" partiyasının sədri, Dövlət Dumasının spikeri Boris Qrızlov imzalayıb.
Gürcüstanın müxalifət partiyası və "Vahid Rusiya" partiyası əməkdaşlıq haqqında müqavilə imzalayıb

Gürcüstan, Tbilisi, 09 fevral / Trend , müxbir N.Kirsxaliya/

Moskvada hakim "Vahid Rusiya" partiyası və Gürcüstanın sabiq Baş naziri Zurab Noqaidelinin partiyası "Ədalətli Gürcüstan uğrunda hərəkat" arasında müqavilə imzalanıb. Sənədi Noqaideli və "Vahid Rusiya" partiyasının sədri, Dövlət Dumasının spikeri Boris Qrızlov imzalayıb.

Tərəflər müstəqillik, sərbəstlik, qarşılıqlı hörmət, bir-birinə müdaxilə etməmək, bərabərlik və tərəfdaşlıq prinsiplərinə əsaslanaraq, Rusiya Federasiyası və Gürcüstan arasında mehriban qonşuluğun bərpa edilməsinə töhfə verməyə cəhd edir, partiyalararası əlaqələrin Rusiya-Gürcüstan münasibətlərinin mühüm tərkib hissəsi olması nöqteyi-nəzərindən çıxış edir, onların normallaşmasına yardım etməyə çağırır və aşağıdakılar barədə razılaşırlar:

1. Tərəflər Rusiya Federasiyası və Gürcüstanda vəziyyət, ikitərəfli və beynəlxalq münasibətlər, partiya quruculuğu sahəsindəki təcrübələri ilə bir-birlərini tanış edəcək, təşkil edilmiş iş, nəzarət-təftiş fəaliyyəti, təlim və kadr hazırlığı, nəşriyyat fəaliyyəti, qanunverici və icraedici hakimiyyət orqanlarının fəaliyyətində iştirak, gənclər siyasəti, beynəlxalq əlaqələr və qarşılıqlı maraq kəsb edən digər sahələrdəki aktual məsələlərlə bağlı məsləhətləşəcək və informasiya mübadiləsi aparacaqlar.

2. Tərəflər mütəmadi olaraq müxtəlif səviyyələrdə partiya nümayəndələrini mübadilə edəcək, ekspertlərin görüşünü, həmçinin digər ikitərəfli tədbirlər keçirəcək.

3. Tərəflər partiyalararası əlaqələrin inkişafı və regional səviyyədə əlaqələrə yardım edəcək.

4. Tərəflər öz himayələri altında ikitərəfli və çoxtərəfli seminarlar, konfranslar, Rusiya-Gürcüstan və beynəlxalq münasibətlərin daha aktual məsələləri üzrə mütəxəssislərin və ictimaiyyət nümayəndələrinin geniş dairələrini cəlb edərək "dəyirmi masalar" təşkil edəcək.

5. Tərəflər qeyri-hökumət və ictimai təşkilatların xətti ilə əlaqələrin inkişafına yardım edəcək.

6. Hazırkı müqavilə imzalandığı andan etibarən qüvəyə minir.

Noqaideli və Qrızlov müqavilənin imzalanmasından məmnun olduqlarını və əməkdaşlığın məhsuldar olacağına dair ümidlərini ifadə ediblər.

Qeyd edək ki, bir gün əvvəl Tbilisidə Gürcüstanın Milli Demokrat Partiyasının aksiyası keçirilib və Rusiya partiyası ilə müqaviləni rəsmiləşdirdiyinə görə Zurab Noqaideli Gürcüstan xainləri siyahısına daxil edilib.

Xəbər lenti

Xəbər lenti