Gürcüstan, Tbilisi, 11 fevral / Trend , müxbir N.Kirsxaliya/
Tbilisi meri vəzifəsinə namizədlər televiziya müzakirələrində iştirak etmək üçün dəvət alıblar. Beynəlxalq seçici sistemi Gürcüstanda mer vəzifəsinə namizədlər arasında ilk dəfə olaraq televiziya müzakirələri keçirilməsini təklif edir.
Bu gün belə namizədlərin sayı səkkizdir.
Fond nümayəndələri dünən hakimiyyətdə olan Vahid Milli Hərəkat partiyasının bu vəzifəyə yenidən namizədliyini verən və hazırda fəaliyyətdə olan Qiqi Uqulav ilə görüşüb. O, ictimai yayımda tərəflərin razılaşdığı təqdirdə təşkil olunacaq telemüzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, demək olar ki, "Sənaye Gürcüstanı xilas edəcək" partiyasının nümayəndəsi Qoqi Topadzedən başqa bütün namizədlər telemüzakirələrdə iştirak etməyə razılaşıblar. O bəyan edir ki, oxşar televiziya müzakirələri beynəlxalq təşkilatların yox, Gürcüstanın Dövlət büdcəsi tərəfindən maliyyələşdirilməlidir.
Fond hələlik mer vəzifəsinə namizədlər ilə məsləhətləşmələri davam etdirir.