...

Qazaxıstanın Baş naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 11 Fevral 2010 18:20 (UTC +04:00)
Qazaxıstanın Baş naziri Kərim Məsimov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat verib.
Qazaxıstanın Baş naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb

Qazaxıstan, Astana, 11 fevral / Trend , müxbir K.Konırova/

Qazaxıstanın Baş naziri Kərim Məsimov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat verib.

"Həmsöhbətlər iki ölkə prezidentlərinin imzaladıqları strateji tərəfdaşlıq haqqında müqavilənin həyata keçməsi çərçivəsində Qazaxıstan-Türkiyə ticari-iqtisadi əlaqələrinin gələcək inkişafı üzrə geniş əhatəli məsələləri müzakirə ediblər", - mətbuat xidmətinin məlumatında deyilir.

Xüsusilə də Qazaxıstan iqtisadiyyatına investisiyaların və qarşılıqlı ticarətin həcminin artırılması, həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

"Görüşün sonunda tərəflər iqtisadi əməkdaşlığın gələcək inkişafı ilə əlaqədar qarşılıqlı maraqlarını bildiriblər", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti