...

İran və Türkmənistanın region ölkələri arasında "nümunəvi" münasibətləri var - səfir

Siyasət Materials 12 Fevral 2010 12:34 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 12 fevral / Trend , müxbir H.Həsənov/

İran İslam Respublikası xarici əlaqələrində "dost və qardaş Türkmənistana böyük əhəmiyyət verir, bizim ikitərəfli əlaqələrimiz region ölkələri arasında nümunəvidir".

Bu fikri İranın Türkmənistandakı səfiri Moxammədrez Forqani Türkmənistan KİV-də İran İslam İnqilabının 31-ci ildönümünə həsr edilmiş materialda səsləndirib.

"Türkmənistan və İran arasında əmtəə dövriyyəsinin həcmi 2009-cu ildə 3,2 milyard dollara çatıb ki, bu da xüsusi olaraq qeyd edilməlidir",- diplomat bildirib. İki ölkə əməkdaşlıq haqqında 160-dan çox dövlətlərarası sənəd imzalayıb.

Forqani əlavə edib ki, "iqtisadi əməkdaşlığın, enerji sahəsində əməkdaşlığın möhkəmlənməsində, həmçinin, neft-qaz sənayesi, elektrik enerjisinin tranziti, nəqliyyat daşımaları və sənaye sahəsində böyük uğurlar əldə edilib".

İran Prezidenti Mahmud Əhmədinejadın Türkmənistana sonuncu səfəri zamanı Türkmənistan- İran ikinci qaz kəmərinin açılış mərasimi keçirilib və Etrek-Bərəkət dəmir yolunun inşası haqqında müqavilə imzalanıb.

"Bu layihələr bütünlüklə Mərkəzi Asiya regionu və iki dövlət arasında münasibətlərin inkişafına böyük təsir edəcək", - iranlı diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti