...

GUAM CAR ilə turizm sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 18 Fevral 2010 19:49 (UTC +04:00)
Bu sahədəki əməkdaşlıq məsələlərini GUAM-ın baş katibi Valeri Çeçelaşvili və Cənubi Afrika Respublikasının Ukraynadakı səfiri Andris Fenter müzakirə ediblər.
GUAM CAR ilə turizm sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir M.Əliyev/

GUAM CAR ilə turizm sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bu sahədəki əməkdaşlıq məsələlərini GUAM-ın baş katibi Valeri Çeçelaşvili və Cənubi Afrika Respublikasının Ukraynadakı səfiri Andris Fenter müzakirə ediblər. Bu barədə GUAM katibliyinin məlumatında deyilir.

Baş katib səfiri təşkilatın məqsəd və vəzifələri, Ukrayna sədrliyinin prioritet proqramları, regional layihələrin GUAM və təşkilatın tərəfdaşları ilə əməkdaşlıq formatında reallaşdırılmasının perspektivləri barədə məlumatlandırıb.

Tərəflər müxtərlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Kənd təsərrüfatı və turizm sahələrinə xüsusi diqqət ayrılıb. Tərəflər martın sonunda GUAM-a üzv dövlətlərin və CAR-ın turizm şirkətlərinin nümayəndələrinin görüşünün təşkil edilməsi üzrə işləri davam etdirmək barədə razılaşıblar.

Xəbər lenti

Xəbər lenti