...

İran və Azərbaycan polisin fəaliyyəti ilə bağlı müştərək kinofilm istehsal edəcək

Siyasət Materials 20 Fevral 2010 13:11 (UTC +04:00)
İran və Azərbaycan kinematoqrafçıları polisin fəaliyyəti ilə bağlı müştərək film çəkəcək. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İran və Azərbaycan polisin fəaliyyəti ilə bağlı müştərək kinofilm istehsal edəcək

İran və Azərbaycan kinematoqrafçıları polisin fəaliyyəti ilə bağlı müştərək film çəkəcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Filmi İranın "Sədra film" kinostudiyası ilə Azərbaycanın "Azərbaycanfilm" kinostudiyası birgə çəkəcək. Çəkilişlər Tehran, Bakı və Moskvada aparılacaq.

Filmin çəkilişi ilə bağlı razılıq Tehranda keçirilən "Fəcr" kinofestivalı çərçivəsində əldə olunub. Hazırda filmin adı və aktyorların seçilməsi ilə bağlı müzakirələr aparılır.

Xəbər lenti

Xəbər lenti