...

Azərbaycan Parlamentinin deputatı Almaniyaya gedib

Siyasət Materials 25 Fevral 2010 10:41 (UTC +04:00)
"Deputat Qənirə Paşayeva fevralın 25-dən 28-dək Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya və Atatürk Düşüncə Mərkəzlərinin təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək "Qafqazda barışıq yolunda Türk-Azərbaycan münasibətlərinin rolu" mövzusuna həsr olunmuş tədbirlərdə iştirak edəcək", - cümə axşamı Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin deputatı Almaniyaya gedib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Almaniyaya gedib.

"Deputat Qənirə Paşayeva fevralın 25-dən 28-dək Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya və Atatürk Düşüncə Mərkəzlərinin təşkilatçılığı ilə BerlinHamburq şəhərlərində keçiriləcək "Qafqazda barışıq yolunda Türk-Azərbaycan münasibətlərinin rolu" mövzusuna həsr olunmuş tədbirlərdə iştirak edəcək", - cümə axşamı Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Paşayeva toplantıda Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı çıxış edəcək. "Millət vəkili Azərbaycan dövləti və Parlamentinin, Heydər Əliyev Fondunun Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində gördüyü işlər, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın rəhbərliyi altında keçirilən "Xocalıya ədalət" kampaniyası barədə iştirakçılara ətraflı məlumat verəcək, Azərbaycan və türk diasporlarının bu istiqamətdə səylərinin artırılması barədə fikirlərini açıqlayacaq", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti