...

Vyanada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Siyasət Materials 26 Fevral 2010 20:27 (UTC +04:00)
Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Avstriyada oxuyan Azərbaycanlı Tələbələr Birliyinin (ATB) informasiya stendi açılıb.
Vyanada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Avstriya, Vyana, 26 fevral / Trend , müxbir A.Ələsgərov/

Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Avstriyada oxuyan Azərbaycanlı Tələbələr Birliyinin (ATB) informasiya stendi açılıb. Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı faciəsi barədə materiallar, kitab və broşürlər Avstriya sakinlərinə, həmçinin turistlərə paylanılıb. Quraşdırılmış monitorlarda alman dilində Xocalı faciəsi barədə sənədli videomaterial nümayiş olunub. Üzərində "Justice for khojali" (Xocalıya Ədalət) yazılmış köynəklər geyən tələbələr 1992-ci ildə Xocalıda baş verən hadisələr barədə əhalinin suallarına cavab veriblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Erməni quldur birləşmələrinin hücumu zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti