...

Gürcüstan xarici işlər naziri Niderlanda səfər edəcək

Siyasət Materials 4 Mart 2010 10:37 (UTC +04:00)
Gürcüstan XİN-nin rəhbəri Qriqol Vaşadze martın 4-5-də Niderlanda işgüzar səfər edəcək.
Gürcüstan xarici işlər naziri Niderlanda səfər edəcək

Gürcüstan, Tbilisi, 4 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan XİN-nin rəhbəri Qriqol Vaşadze martın 4-5-də Niderlanda işgüzar səfər edəcək.

Gürcüstan XİN-nin Mətbuat və İnformasiya Departamentindən çərşənbə axşamı Trend -a verilən məlumata əsasən, səfər çərçivəsində Vaşadze Niderland XİN-nin rəhbəri Maksim Verhanqen, həmçinin bu ölkənin icraedici və qanunverici orqanlarının yüksək vəzifəli şəxslər ilə görüş keçirəcək.

Səfər zamanı həmçinin nazirin Drente muzeyində keçiriləcək "Gold from Georgia" sərgisinin açılış mərasimində iştirak etməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti