...

Budapeştdə "Şərq tərəfdaşlığı" çərçivəsində GUAM ölkələrinin mövqelərinin konsolidasiyası məsələləri müzakirə edilib

Siyasət Materials 4 Mart 2010 11:20 (UTC +04:00)
Budapeştdə "Şərq Tərəfdaşlığı" üzrə görüşdə iştirak etmək üçün Macarıstanın paytaxtına gələn GUAM dövlətlərinin nümayəndə heyətlərinin rəhbərlərinin Avropa İttifaqı, Baltik ölkələri və Vışeqrad qrupu üçlüyü ilə görüşü olub.
Budapeştdə "Şərq tərəfdaşlığı" çərçivəsində GUAM ölkələrinin mövqelərinin konsolidasiyası məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 4 mart / Trend , S. Ağayeva/

Budapeştdə "Şərq Tərəfdaşlığı" üzrə görüşdə iştirak etmək üçün Macarıstanın paytaxtına gələn GUAM dövlətlərinin nümayəndə heyətlərinin rəhbərlərinin Avropa İttifaqı, Baltik ölkələri və Vışeqrad qrupu üçlüyü ilə görüşü olub.

Görüş zamanı "Şərq Tərəfdaşlığı" təşəbbüsləri çərçivəsində GUAM üzvü olan dövlətlərin mövqelərinin gələcək konsolidasiyası məsələləri müzakirə olunub, birgə reallaşma məqsədilə Avropa İttifaqına təqdim olunmaq üçün müştərək layihələrin hazırlanmasının vacibliyi qeyd olunub. Bu barədə GUAM katibliyinin məlumatında bildirilir.

Həmçinin təşkilat formatında cari əməkdaşlıq məsələləri müzakirə edilib.

GUAM formatı 1997-ci ildə Avropa İttifaqı dövlətləri başçılarının Strasburq sammiti zamanı postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin 4 ildən sonra tərk edib. 2006-cı ildə bu formatın Kiyevdə keçirilən ilk sammitində GUAM-ın yeni ad ilə - "GUAM- Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat" adı ilə beynəlxaıq təşkilat elan olunması haqda qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti