...

Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti asayişin qorunmasına yüksək səviyyədə hazırdır - nazir Ramil Usubov

Siyasət Materials 10 Mart 2010 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti, əsgər və zabitləri xalqa, vətənə sədaqətlə xidmət edir. Trend -un məlumatına görə, bunu çərşənbə günü DQ-nin Nərimanov rayonundakı "N" saylı hərbi hissədə zabitlər üçün istifadəyə verilən yaşayış kompleksinin açılış mərasimində daxili işlər naziri Ramil Usubov deyib.

"Əminik ki, Daxili Qoşunların şəxsi heyəti ölkədə əmin-amanlığın, asayişin qorunmasına, cinayətkarlıqla mübarizəyə yüksək səviyyədə hazırdır", - Usubov deyib.

Martın 12-də Daxili Qoşunların yaranmasının ildönümüdür.

Nazir bildirib ki, Daxili Qoşunların sosial vəziyyətinin daha da yaxşılaşdırılması hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqətindədir.

Xəbər lenti

Xəbər lenti