...

Azərbaycanın xarici işlər naziri İraq səfirini qəbul edib

Siyasət Materials 10 Mart 2010 20:00 (UTC +04:00)
İraq səfirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasındakı məhsuldar əməkdaşlıq iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə yardım edib. Bunu İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib.
Azərbaycanın xarici işlər naziri İraq səfirini qəbul edib

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir Ü.Sadıxova/

İraq səfirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasındakı məhsuldar əməkdaşlıq iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə yardım edib. Bunu İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

İşlədiyi dövrdə ölkələr arasındakı iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini deyən səfir bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığını qeyd edib. Ömər İsmayıl fəaliyyəti zaman göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti