...

Azərbaycanın müxalifət partiyası qurultay keçirəcək

Siyasət Materials 15 Mart 2010 13:30 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası parlament seçkilərinə qədər qurultay keçirmək niyyətindədir.
Azərbaycanın müxalifət partiyası qurultay keçirəcək

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası qurultay keçirəcək

Azərbaycanın müxalifət partiyası parlament seçkilərinə qədər qurultay keçirmək niyyətindədir.

"Biz hesab edirik, parlament seçkilərinə daha ciddi hazırlaşmaq üçün qurultay keçirilməli və yeni sədr seçilməlidir", - bazar ertəsi Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təbliğat və mətbuat katibi Əli Orucov bildirib.

Trеnd Nеws-un аrаyışı: АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra, partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gedib.

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Orucovun səzlərinə görə, qurultay keçirilib sədr seçilərsə, bu, partiyanın yerli strukturlarının seçkiqabağı fəaliyyətinə müsbət təsir göstərəcək. "Partiyamız uzun müddətdir sədrsiz fəaliyyət göstərir. Düşünürük, sədr seçilərsə, seçkilərə hazırlıq prosesi daha mütəşəkkil aparılacaq, yerli təşkilatlar daha da güclənəcək və partiyamıza yeni qüvvələr cəlb olunacaq", - partiya funksioneri əlavə edib.

Qurultayın vaxtına gəldikdə, Orucov deyib: "Siyasi Şuranın bu həftə keçiriləcək iclasında məsələ müzakirə olunacaq. Fikrimcə, qurultayı payıza qədər keçirmək daha məqsədəuyğundur. Amma bu haqda qərar müzakirələrdən sonra veriləcək".

AMİP-in keçmiş sədri Ayaz Rüstəmov 2007-ci ilin sonunda vəzifəsindən istefa verib. AMİP-ə yeni sədr seçmək üçün partiyanın fövqəladə qurultayı keçirilməlidir. Sədrliyə üç nəfər iddia edir - partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov, Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmli, AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti