...

Azərbaycanda seçki komissiyalarında monitorinq aparılacaq - MSK sədri

Siyasət Materials 15 Mart 2010 17:04 (UTC +04:00)
"Dairə seçki komissiyalarında monitorinqlər aparmaq üçün 6 monitorinq qrupu yaradılıb. Onlar aprelin 20-dək monitorinqləri başa vuracaq", - Trend News-un məlumatına görə, bunu bazar ertəsi keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda seçki komissiyalarında monitorinq aparılacaq - MSK sədri

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarında (DSK) monitorinq aparacaq.

"Dairə seçki komissiyalarında monitorinqlər aparmaq üçün 6 monitorinq qrupu yaradılıb. Onlar aprelin 20-dək monitorinqləri başa vuracaq", - Trend -un məlumatına görə, bunu bazar ertəsi keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib.

İclasda 8 saylı Binəqədi I, 22 saylı Nəsimi II, 59 saylı Salyan, 72 saylı Yardımlı-Masallı, 122 saylı Xankəndi, 36 saylı Xətai IV, 33 saylı Xətai I dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərində tərkibi buraxılmış 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin DSK-larının da tərkibi müəyyənləşib.

Pənahov hazırda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin davam etdiyini və yaxın müddətdə siyahıların çap olunacağını bildirib. O, may ayında dəqiqləşdirilmiş seçici siyahılarının MSK-da təsdiq olunacağını deyib.

Xəbər lenti

Xəbər lenti