...

Azərbaycan Dövlət Film Fondunun nümayəndə heyəti Gürcüstan Milli arxivinə baş çəkəcək

Siyasət Materials 17 Mart 2010 14:48 (UTC +04:00)
Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun başçısı Cəmil Quliyevin rəhbərliyi ilə fondun nümayəndə heyəti martın 17-də Gürcüstan Ədliyyə Nazirliyinin Milli arxivinə ikigünlük səfər edəcək.
Azərbaycan Dövlət Film Fondunun nümayəndə heyəti Gürcüstan Milli arxivinə baş çəkəcək

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirsxaliya/

Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun başçısı Cəmil Quliyevin rəhbərliyi ilə fondun nümayəndə heyəti martın 17-də Gürcüstan Ədliyyə Nazirliyinin Milli arxivinə ikigünlük səfər edəcək.

Nümayəndə heyətinin üzvlərini martın 17-si saat 15:00-da Milli arxivin baş direktoru Teona İaşvili qəbul edəcək. Görüşdə tərəflər birgə layihələrin həyata keçirilməsi imkanlarını və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər.

Səfər çərçivəsində qonaqlar mərkəzi kino arxivində qorunan XX əsrin 50-60-cı illərində istehsal olunan kino, foto, Azərbaycan dilində əsərlərin təqdim olunduğu "Melodiya" səsyazma studiyasının fonosənədləri, fonoyazıları ilə, həmçinin 1920-ci ildə 26 Bakı komissarının cəsədlərinin yenidən basdırılmasını əks etdirən kinosüjet, məşhur fotoqraf Dmitri Yermakovun XIX əsrin sonu XX əsrin əvvələrində Bakının təsvir olunduğu fotoalbomu ilə tanış olacaqlar.

Nümayəndə heyətinin səfəri martın 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti